Hazal Türesandan radikal imaj dəyişikliyi
"Vəliəhd" serialında canlandırdığı "Dərya" obrazı ilə böyük rəğbət qazanmış aktrisa Hazal Türesan görünüşündə əsaslı dəyişiklik edib. Uzun müddət sarı saçları ilə tanınan sənətçi, bu yaxınlarda saç rəngini qara ilə əvəzləyib və bu, pərəstişkarlarını təəccübləndirib.
40 yaşlı aktrisa yeni tərzini sosial şəbəkə hesabında "Saç rəngimi dəyişdirəndə enerjimin yüksəlməsi hissini çox sevirəm. Necə olmuşam?" sözləri ilə paylaşıb. O, yeni görünüşünün onda yaratdığı müsbət hisləri vurğulayıb.
Yeni stil pərəstişkarlarını iki yerə böldü
Hazal Türesan'ın bu yeni imaj dəyişikliyi izləyiciləri arasında birmənalı qarşılanmayıb. Bəzi pərəstişkarları onun əvvəlki sarışın halını daha çox bəyəndiklərini dilə gətirərkən, digərləri isə qara saç rənginin aktrisaya daha çox yaraşdığını və ona fərqli bir cazibə verdiyini bildiriblər.

                
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz