Gündəm 28.10.2025

Mavi itlər 40 il sonra yenidən üzə çıxdı

Mavi itlər 40 il sonra yenidən üzə çıxdı
Çernobildəki itlərə qulluq edən "Dogs of Chernobyl" adlı xeyriyyə təşkilatı sosial mediada paylaşdığı videoda tükləri mavi rəngə çalan itləri nümayiş etdirib. Təşkilat videonun açıqlamasında bildirib: "Ötən həftə mavi deyildilər. Səbəbini bilmirik. Hazırda onları tutub araşdırmağa çalışırıq." Könüllülərə görə, Çernobil itlərinin mavi rəngə bürünməsinin səbəbi bölgədəki kimyəvi maddə ilə təmas ola bilər. Lakin qrup bu heyvanların buna baxmayaraq "çox aktiv və sağlam" olduğunu qeyd edib.

GENETİK CƏHƏTDƏN FÖVQƏLADƏ DÖZÜMLÜLƏR

Elm adamları illərdir Çernobil bölgəsində yaşayan heyvanların genetikasını araşdırırlar. 2024-cü ildə aparılan bir araşdırma Çernobil itlərinin radiasiyaya, ağır metallara və zəhərli çirkləndiricilərə qarşı immunitet qazandığını ortaya çıxarıb. Kolumbiya Universitetindən ətraf mühit sağlamlığı üzrə mütəxəssis Dr. Norman J. Kleimanın rəhbərliyindəki komanda, bölgədən toplanmış 116 itin DNT nümunələrini təhlil edib. Nəticələr, bu itlərin digər cinslərdən genetik cəhətdən nəzərəçarpacaq dərəcədə fərqləndiyini göstərib. Tədqiqatda təxminən 400 genetik fərqlilik müəyyən edilib. Elm adamlarına görə, bu genlər radiasiyaya və ətraf mühit zəhərlərinə uzun müddətli məruz qalma nəticəsində yaranan genetik adaptasiya izləri ola bilər.

FƏLAKƏTİN MİRASINA SAHİB ÇIXIRLAR

Dr. Kleiman mövzu ilə bağlı etdiyi açıqlamada belə deyib: "Son dərəcə zəhərli bir bölgədə iki kiçik it populyasiyasının sağ qalması inanılmazdır. Onlar vasitəsilə, xroniki ətraf mühit təhlükələrinə məruz qalmanın genetik təsirlərini anlamağa başlamışıq." Araşdırmanın nəticələri 2023-cü ildə "Canine Medicine and Genetics" jurnalında nəşr edilib. Digər tərəfdən, "Dogs of Chernobyl" komandası 2017-ci ildən bəri Çernobil ətrafında yaşayan təxminən 700 itə qidalanma və tibbi yardım təmin edir. Bu heyvanlar, fəlakət sonrası təxliyə edilən insanların geridə qoyduğu ev heyvanlarının nəvələridir. 1986-cı ildəki reaktor partlayışı, tarixin ən böyük radiasiya sızmasına səbəb olmuşdu. O gündən bəri bölgə "Çernobıl İstisna Zonası (CEZ)" olaraq tanınır və insanlar tərəfindən tərk edilmiş vəziyyətdədir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz