Qalatasaray evdə xal itirdi
Qalatasaray, Süper Liqanın 11-ci turunda öz meydanında Trabzonspor ilə qolsuz bərabərə qaldı. Sarı-qırmızılılar ümumilikdə 29 xala yüksəlsə də, mövsümün ikinci xal itkisini yenə də derbi matçında yaşadı.
22 matç sonra qolsuzluq
Qalatasaray Trabzonspor ilə 0-0 bərabərə qalaraq, 22 matçdan sonra qol vura bilmədi. Sarı-qırmızıların rəqib qapısına qol vura bilmədiyi son matç isə ötən mövsümün 25-ci turunda 0-0 hesabı ilə başa çatan Fənərbaxça derbisi idi. Qalatasaray həmin oyundan sonra keçirdiyi 22 liqa matçında da qol vurmağı bacarmışdı.
Trabzonspor matçı ilə birlikdə Qalatasaray bütün turnirlərdə öz meydanında keçirdiyi son 32 rəsmi qarşılaşmada məğlub olmayıb. RAMS Parkda sonuncu dəfə ötən mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında İsveçrə təmsilçisi Yanq Boyza 1-0 hesabı ilə uduzan sarı-qırmızılı komanda, sonrakı mərhələdə evdə keçirdiyi 32 qarşılaşmada məğlubiyyət acısı yaşamayıb. Süper Liqada 23, UEFA Avropa Liqasında 5, Türkiyə Kubokunda 2 və UEFA Çempionlar Liqasında 2 olmaqla ümumilikdə 32 rəsmi qarşılaşmada; 23 qələbə və 9 heç-heçə qeydə alınıb.
Bu mövsüm ikinci dəfə
Sarı-qırmızılı komanda Trabzonspor ilə 0-0 bərabərə qalaraq bu mövsüm liqada ikinci dəfə xal itirdi. Süper Liqanın 11-ci turu geridə qalarkən sarı-qırmızılılar yalnız iki matçdan qələbə ilə ayrılmayıb. İlk xal itkisini Süper Liqanın 8-ci turunda 1-1 hesabı ilə başa çatan Beşiktaş derbisində yaşayan Qalatasaray, ikinci xal itkisini də Trabzonspora qarşı yaşadı. Beləliklə, Qalatasaray bu mövsümki xal itkilərinin hamısını derbi matçlarında alıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz