İdman 15.10.2025

Qalatasaray rəhbəri haqqında paylaşım edən jurnalist cəzalandırıldı

Qalatasaray rəhbəri haqqında paylaşım edən jurnalist cəzalandırıldı

Harun Muslu təzminat ödəməyə məhkum edildi

İstanbul 4-cü Asliye Hüquq Məhkəməsində bu gün keçirilən ikinci prosesdə jurnalist Harun Muslunun sosial media hesabından etdiyi "Eray Yazganın Yalovada 600 otaqlı otel satın aldığı" paylaşımının həqiqətə uyğun olmadığı və şəxsi hüquqlara təcavüz xarakteri daşıdığı qənaətinə gəlinib. Məhkəmə Muslunun 50 min lirə mənəvi təzminatı, 12 Sentyabr 2024-cü il tarixindən etibarən hesablanacaq qanuni faizi ilə birlikdə Eray Yazgana ödəməsinə qərar verib.

Eray Yazgan məhkəmə qərarını şərh etdi

Məhkəmə qərarından sonra açıqlama verən Eray Yazgan, "İctimaiyyəti yanlış məlumatlandıran, əsassız iddialarla şəxsiyyət hüquqlarına zərər verən bu cür davranışlara qarşı hüquq yolu ilə mübarizə aparmaq həm şəxsi, həm də ictimai bir məsuliyyətdir. Məhkəmə qərarı ədalətin təcəssümüdür, bu prosesin sonunda qalibin ədalət və ictimai vicdan olduğuna inanıram" ifadələrini işlədib.

Təzminat məbləği uşaqlara bağışlanacaq

Yazgan, həmçinin məhkəmə tərəfindən təyin edilən təzminat məbləğinin müdafiəyə ehtiyacı olan uşaqlara bağışlanacağını bildirərək, "Bu prosesin sonunda qalibin ədalət və ictimai vicdan olduğuna inanıram" deyib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz