İdman 27.10.2025

Qaziantep FK - Fenerbahçe matçı canlı yayımlanır

Qaziantep FK - Fenerbahçe matçı canlı yayımlanır

Süper Lig'də 10-cu həftənin son matçında Fenerbahçe, Gaziantep səfərinə yollanır. Lider Qalatasaray ilə aralarındakı xal fərqinin artmasını istəməyən sarı-lacivərdlilər, bu vacib səfərdə qələbə qazanmağı planlaşdırır.

Fenerbahçe'nin start heyəti bəlli oldu

Fenerbahçe'nin ilk on birliyi açıqlanıb: Ederson, Semedo, Oosterwolde, Skriniar, Brown, İsmail, Alvarez, Nene, Asensio, Kerem, En-Nesyri.

Süper Lig'də Fatih Karagümrük'ü, UEFA Avropa Liqasında isə Stuttgart'ı məğlub edən Fenerbahçe'də əhval-ruhiyyə yüksəkdir. Sarı-lacivərdlilər 10-cu həftəyə 19 xalla 3-cü sırada daxil oldu. Fenerbahçe bu gün qələbə qazansa, liderlə arasındakı 6 xallıq fərqi qorumuş olacaq.

Gaziantep FK Burak Yılmaz ilə yüksəlişdə

Gaziantep FK isə 17 xalla 4-cü pillədə qərarlaşıb. Burak Yılmazın rəhbərliyi altında yaxşı nəticələr göstərən qırmızı-qaralılar son 7 matçının 5-də qalib gəlib, 2-də isə heç-heçə edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz