İdman 01.11.2025

TFF rəhbəri futbolçuların da bahis qalmaqalına qarışdığını bildirdi

TFF rəhbəri futbolçuların da bahis qalmaqalına qarışdığını bildirdi
Futbol oyunlarında bahis qalmaqalı: TFF rəhbərindən şok açıqlamalar

Hacıosmanoğludan bahis iddialarına dair yeni bəyanat

Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu bahis qalmaqalı ilə bağlı ikinci dalğanın başladığını açıqlayıb. Hacıosmanoğlu, bahisdə iştirak edən futbolçuların araşdırıldığını bildirib.

Hacıosmanoğlu CNN Türk-ə verdiyi müsahibədə bu sözləri deyib: "Aprel ayında genişmiqyaslı bir araşdırma aparıldı. Ankaraspor – Nazilli matçının nəticəsi hər iki komandanın xeyrinə idi. Həmkarlarımla bu işə təcili başlamağı xahiş etdik. Hər iki tərəfdən də matça bahis oynanılmışdı. Biz tərəfimizdən ən yüksək həddə cəza verildi. Sonra həmkarlarıma bu araşdırmaya həqiqi mənada başlayaq dedim. Biz 15 hakim gözləyirdik, ancaq bu rəqəmlər ortaya çıxanda təbii ki, kədərləndim. 45 gün hakimlikdən məhrum edildikdən sonra hakimlik karyerası bitir. Hazırda bu, qətiləşmədiyi üçün Apellyasiya Şurasında baxılır. Apellyasiya Şurasından sonra hakim işləri ilə bağlı da vəzifələrinə son veriləcək."

3700 futbolçu təhqiq olunur

"Rəqəmlər ortaya çıxanda həqiqətən çox üzüldüm. Nə lazımdırsa, onu da edəcəyik. Hakimlərlə başladıq, indi növbə futbolçulardadır. 3700 nəfər araşdırılır. Bahis hesabı açmaq cinayət deyil, sadəcə oradan matçları izləyirlər. Onları heç kim günahlandırmasın. Həmin hesabı aktiv şəkildə istifadə etmək və bahis oynamaq cinayətdir. Qurumlarımız onsuz da lazımi cəzanı verir."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz