“Bu addımlar gələcəyimiz üçün sərmayədir”
Porschenin maliyyə direktoru Yoxen Brekner zərərlərin “strateji transformasiya prosesi” ilə əlaqəli olduğunu bildirib. O qeyd edib ki, bu addımlar şirkətin gələcəyi üçün bir investisiyadır. “Biz elektrikli nəqliyyat vasitələri strategiyamızı yenidən nəzərdən keçiririk. İnanırıq ki, 2026-cı ildən etibarən şirkət yenidən güclənəcək və mövqeyini bərpa edəcək,” – deyə Brekner əlavə edib.
Şirkət bu il daha çox benzinlə işləyən avtomobil istehsal etməyə, yeni elektrikli avtomobil modellərinin təqdimatını təxirə salmağa və batareya istehsalı planlarını dayandırmağa qərar verib.
Çin və ABŞ bazarı həlledici oldu
Şirkətin zərərlərinin əsas səbəbi Çin və ABŞ bazarlarındakı zəifləmə olaraq göstərilir. Çindəki iqtisadi durğunluq lüks avtomobillərə tələbatı azaldıb, ABŞ-da Porschenin istehsal müəssisəsinin olmaması isə yüksək idxal rüsumları səbəbindən xərcləri artıraraq, əməliyyat mənfəətinə mənfi təsir göstərib.
Aprel-iyul aylarında 27,5 faiz təşkil edən ABŞ gömrük rüsumunun avqust ayından etibarən 15 faizə düşməsinə baxmayaraq, əlavə xərclərin şirkətin balansına yüz milyonlarla avro yük gətirdiyi bildirilir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz