Arda Turanın qərarları tənqid atəşində
Təcrübəli baş məşqçi son oyunlarda komandanın uğursuz nəticələrinə görə Ukrayna mətbuatının hədəfinə çevrilib.
"Gərəksiz risk" ittihamı
Şaxtyor Donetsk UEFA Konfrans Liqasının 2-ci turunda Legiya Varşavaya 2-1 hesabı ilə məğlub olub. Arda Turanın heyət seçimi sərt tənqidlərlə qarşılanıb.
Oyun zamanı geniş rotasiya edən Arda Turan məğlubiyyətin əsas səbəbkarı kimi göstərilib. Ukrayna mətbuatı və futbol ekspertləri gənc məşqçinin bu addımını "Gərəksiz risk" kimi qiymətləndiriblər.
Ukrayna futbolunun əfsanəvi baş məşqçilərindən biri olan Miron Markeviç Football24-ə verdiyi açıqlamada "Oyun ərzində bir qol epizodu belə yarada bilməmək dəhşətli idi. Son 15 dəqiqədə meydanda tamamilə ağlasığmaz bir şey yaşandı. Heç kim məsuliyyət almır, heç kim mübarizə aparmır. Hər kəs sadəcə oynayırmış kimi davranır. Turanın niyyətini anlamıram. Qapıda niyə Dmıtro Riznik oynamadı? Əminəm ki, Dmıtro o iki qolu buraxmazdı" deyərək sərt tənqidləri səsləndirib.
"Gözləntilərin altında" performans
Ukrayna mətbuatı Şaxtyorun son həftələrdəki çıxışını "Gözləntilərin çox altında" kimi şərh edib. Arda Turanın taktiki sınaqlarının uğursuz olduğunu bildirən Ukrayna mətbuatı türk baş məşqçinin seçimlərini tənqid edib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz