Şou 26.10.2025

Ekin Türkmen Dilan Çiçək Denizə sərt yükləndi

Ekin Türkmen Dilan Çiçək Denizə sərt yükləndi

"Sahtekarlar" serialındakı rol ətrafında mübahisə

"Sahtekarlar" serialında "Asya" obrazını canlandıran aktrisa Hilal Altınbilek son günlərin ən çox müzakirə edilən simalarından birinə çevrilib. O, serialda yoxsul məhəllə qızını təsvir edir. Lakin bu rol Berna Laçin tərəfindən sərt dildə tənqid olunub.

Laçin özünün sosial media hesabında "Açıq-aşkar estetik əməliyyat keçirmiş birinə yoxsul məhəllə qızı rolunu vermək kimin fikridir, görəsən?" deyə irad bildirmişdi. Bu şərh sənət aləmində ilk gərginliyə səbəb oldu.

Sənət dünyasında gərgin mübahisə

Berna Laçinin bu sözlərinə ilk cavab oyunculuk sahəsinin digər nümayəndəsi Dilan Çiçek Denizdən gəldi. Deniz, birbaşa ad çəkmədən Laçinə cavab vermiş və sonra "Oyunculuk həkimlik, yaxud müəllimlik kimi müqəddəs bir peşə deyil" fikrini səsləndirmişdi.

Dilan Çiçek Denizin bu açıqlaması sənət dünyasında daha geniş bir mübahisə dalğasına səbəb oldu. Həmkarlarından Ekin Türkmen, Denizə qarşı sərt mövqe nümayiş etdirdi. Türkmen, "Oyunculuk çox müqəddəs bir sənətdir! Təəssüf, sizdən, tutduğunuz mövqelərdən bezmişəm! Hörmətsiz, iyerarxiya bilməyən cahillər!" kimi kəskin ifadələr işlətdi. Bu sözlər sənət camiəsində "sənət nə qədər müqəddəsdir?" sualını yenidən gündəmə gətirərək geniş müzakirələrə yol açdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz