Mauro İkardi Səudiyyə Ərəbistanının radarında
“Qalatasaray”ın argentinalı ulduzu ötən mövsüm yaşadığı uzun müddətli zədədən sonra bu mövsüm meydanlara qayıtsa da, oyun vaxtı ciddi şəkildə azalıb.
Sarı-qırmızılı komandanın hücumçusu ilə müqaviləsinin son aylarına yaxınlaşarkən, Səudiyyə Ərəbistanından İkardiyə təklif gəlib.
Səudiyyə klubundan fantastik büdcə
Ötən transfer pəncərəsində Barış Alper Yılmaz üçün təzyiq göstərən və “Qalatasaray”da böhran yaradan Səudiyyə klubu NEOM, bu dəfə diqqətini Mauro İkardiyə yönəldib.
Tuttomercato-nun xəbərinə görə, Barış Alper Yılmazı almağa çalışdıqdan sonra yeni hədəfi Mauro İkardi olan NEOM, büdcəsini də müəyyənləşdirib.
Xəbərin detallarına görə, Səudiyyə Pro Liqası klubu qış fasiləsində İkardiyə ciddi maaş təklifi ilə gələcək. NEOM, “Qalatasaray”ın ulduzuna illik 20 milyon avro xalis məbləğində müqavilə təklif etməyə hazırlaşır və mövsümün sonunda onu azad agent kimi heyətinə qatmağı hədəfləyir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz