“Qalatasaray” və “Fənərbaxça” formaları ilə Süper Ligada iz qoyan Sinan Gümüş 31 yaşında klubu olmadan qalıb. Bir dövrdə Türkiyə futbolunun mühüm ulduzlarından biri kimi göstərilən oyunçu, peşəkar karyerasına 2014-cü ildə “Qalatasaray”da başlayıb və 5 ildə düz 8 kubok qazanıb.
3 Liqa çempionluğu var
Sinan Gümüş, sarı-qırmızılı forma altında keçirdiyi illərdə həm performansı, həm də kritik matçlarda vurduğu qollarla azarkeşlərin sevgisini qazanmışdı. Xüsusilə sonradan oyuna girib etdiyi töhfələrlə adından tez-tez söz etdirən Gümüş, “Qalatasaray” karyerasında 3 Süper Liqa çempionluğu daxil olmaqla bir çox uğura imza atıb.
Avropa sərgüzəşti: “Genoa” və geri dönüş
2019-cu ilin yayında İtaliya Serie A təmsilçilərindən olan “Genoa”ya transfer olan Sinan Gümüş, burada istədiyi qədər oynamaq şansı qazanmadı. Avropa xəyalı qısa sürdü və təcrübəli futbolçu yenidən “Antalyaspor”a icarəyə qayıdaraq Süper Liqada forma geyinməyə davam etdi.
“Fənərbaxça” və son illər
2020-21 mövsümündə “Fənərbaxça”ya transfer olan Gümüş, sarı-lacivərtli komandada davamlı bir performans göstərə bilmədi. Çox zaman ehtiyat oyunçular skamyasında şans tapa bilən oyunçu, gözlənilən yüksəlişi əldə edə bilmədi. “Fənərbaxça” dövründən sonra təkrar “Antalyaspor”a dönən Sinan Gümüş, daha sonra “Eyüpspor” heyətinə daxil oldu.
Ancaq burada da istədiyi nəticəni əldə edə bilmədi və mövsümün sonunda komandadan ayrıldı.
Yeni transfer mövsümünü gözləyir
Transfer dövründə meneceri vasitəsilə müxtəlif təşəbbüslərdə bulunmasına baxmayaraq hər hansı bir klubla razılaşma əldə edə bilməyən Sinan Gümüş, transfer mövsümünün sona çatması ilə birlikdə klubu olmadan qalıb.
31 yaşındakı futbolçunun, yeni transfer dövrünün açılmasını gözlədiyi və gələn təklifləri dəyərləndirməyə hazır olduğu öyrənilib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz