Dünya 03.11.2025

SON DƏQİQƏ: Washington Post İsrailin 'kabusunu' yazdı: 'Hövsələdən çıxırlar'

SON DƏQİQƏ: Washington Post İsrailin 'kabusunu' yazdı: 'Hövsələdən çıxırlar'
ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsi daimi etmək məqsədi daşıyan yeni sülh planında Türkiyənin Qəzzadakı rolu Vaşinqtonda yüksək qiymətləndirilsə də, Təl-Əvivdəki narahatlıq hələ də davam edir.

Vaşinqton Post: İsrailin narahatlığı artır

ABŞ-ın aparıcı qəzetlərindən biri olan Washington Post Türkiyənin son dövrlərdə artan rolunu və təsirini ətraflı şəkildə işıqlandıran geniş bir reportaj yayımlayıb. Həmin reportajda Ankaranın Həmasla qurduğu əlaqələrin atəşkəsin təmin edilməsində kritik əhəmiyyət kəsb etdiyi vurğulanarkən, "Türkiyənin Qəzzanın yenidən qurulması və təhlükəsizliyinin təmin edilməsində aktiv rol alması ehtimalı İsraildə həyəcan zənglərinin çalınmasına səbəb olub" deyə qeyd edilib.

Sahədə diplomatik uğur

Xəbərdə Həmasla siyasi dialoq kanalı yürüdən Ankaranın bu əlaqəsini ilk dəfə sahədə konkret bir diplomatik nailiyyətə çevirdiyi bildirilib. "Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın həyata keçirdiyi çoxşaxəli təmaslar Həmasın atəşkəsə razı olmasında həlledici rol oynayıb" ifadələri istifadə edilib.

ABŞ prezidenti Donald Trampdan Türkiyənin Qəzzadakı roluna tərif

Washington Post-un reportajında ABŞ prezidenti Donald Trampın son həftələrdə Türkiyəyə qarşı "tərif dolu" açıqlamalar verdiyi, Ərdoğanın Həmas üzərindəki təsirindən "konstruktiv şəkildə istifadə etdiyini" söylədiyi vurğulanıb. Bununla yanaşı, Vaşinqton rəhbərliyinin Qəzzada qalıcı sülhün təmin edilməsi prosesində Ankara'nı "mərkəzi tərəfdaş" olaraq gördüyünə diqqət çəkilib.

İsrailin narahatlığı: "Türklər bizi çilədən çıxarır"

Lakin eyni mənzərənin İsrail tərəfində böyük narahatlıq yaratdığı ifadə edilib. Washington Post, İsrail rəsmilərinin Türkiyənin müsəlman coğrafiyasında "həddindən artıq nüfuz sahibi" olduğu səbəbilə bu plandan narahatlıq duyduğunu yazıb. İsrail kəşfiyyatında yüksək vəzifələrdə çalışmış Maykl Milşteyn, "Türklərin Qəzzaya girməsi fikri israilliləri çilədən çıxarır. Onlar rəsmi olaraq düşmənimiz deyil, amma qətiyyən dostumuz da deyil" ifadələrini istifadə edib.

Ankara "bütün gövdəsini" qoymağa hazır

Prezident Ərdoğan, Qəzzadakı atəşkəsdən sonra bölgənin yenidən qurulmasında "Türkiyə, sadəcə əlini deyil, bütün gövdəsini bu işin altına qoymağa hazırdır" deyə bildirmişdi. Ankara, həm humanitar yardım tədarükündə, həm də mümkün sabitlik qüvvələrinin formalaşmasında aktiv rol oynamağı planlaşdırır. Təhlilçilər, bu prosesdə Türkiyənin həm Vaşinqtonla əlaqələrini bərpa etmək, həm də qlobal diplomatiya səhnəsində təsirini artırmaq fürsəti əldə etdiyini qeyd edirlər.

"Çox təhlükəli olar"

Washington Post-un xəbərində, İsrailin xüsusilə Türkiyənin Qəzzada hərbçi yerləşdirə biləcəyi və ya yenidənqurma prosesinə rəhbərlik edə biləcəyi ehtimalından "dərin narahatlıq" duyduğu ifadə edilib. İsrailin keçmiş səfiri Maykl Oren, "Əgər İran və Hizbullahı zərərsizləşdirdikdən sonra Qəzzanın ortasında Türkiyə və Qətərin rəhbərliyi ilə müsəlman coğrafiyasının təsiri yaranarsa, bu bizim üçün çox təhlükəli olar" deyib. İsrailin Baş naziri Benyamin Netanyahu isə ötən günlərdə verdiyi açıqlamada, "Qəzzada hansı qüvvələrin qəbul edilməz olduğuna biz qərar veririk. ABŞ da bu mövzuda bizim eyni mövqeyimizdədir" deyərək Vaşinqtona mesaj göndərib. Lakin ABŞ Vitse-prezidenti JD Vans, "Türklərin prosesə konstruktiv şəkildə töhfə verdiyini görürük və bundan məmnunuq" deyərək, Türkiyənin Qəzzadakı roluna dəstəyini açıq şəkildə bildirib.

Yeni güc balansı: İran zəiflədi, Türkiyə yüksəlir

Xəbərdə, iki illik müharibədən sonra Yaxın Şərqdə güc balansının yenidən formalaşdığına diqqət çəkilib. İranın Suriya və Livandakı itkiləri ilə zəiflədiyi, Türkiyənin isə bu boşluğu dolduracaq ən güclü regional aktor olaraq önə çıxdığı ifadə edilib. Son olaraq, Ərdoğanın Trampla qurduğu səmimi dialoq və Türkiyənin Qəzzadakı rolunun diplomatik manevr qabiliyyətinin, Ankaranın bölgədəki nüfuzunu daha da artırdığı vurğulanıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz