Nachrichten aus Aserbaidschan

ƏVƏZ ZEYNALLININ İŞİNDƏN ALİ MƏHKƏMƏYƏ KASSASİYA ŞİKAYƏTİ VERİLDİ |

AZƏRBAYCAN RESPUBLİKASI ALİ
MƏHKƏMƏSİNİN CİNAYƏT KOLLEGİYASINA
Bakı Apellyasiya Məhkəməsinin 23.04.2024-cü il
tarixli 1(103)-917/2024 saylı qərarı ilə təqsirli bilinən
Zeynalov Əvəz Tapdıq oğlunun müdafiəçisi, Bakı
şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Rəşad Əliyev
tərəfindən
KASSASİYA Ş İ K A Y Ə T İ
Hüquqlarını müdafiə etdiyim Zeynalov Əvəz Tapdıq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi 26.02.2024-cü il tarixində hökm çıxararaq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312- 1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, qəti olaraq 2 (iki) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarıb.
Həmin hökmün qanunsuz və ədalətsiz olması, Zeynalov Əvəz Tapdıq oğlunun qeyd edilən ittihamlarda yer alan cinayətləri törətməməsi və bu səbəbdən ona bəraət verilməli olduğu məzmunda müdafiə tərəfi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində yuxarıda qeyd olunan xüsusatlara uyğun olaraq ittihamın əsassızlığı, Zeynalov Əvəz Tapdıq oğlunun günahsızlığı ittiham verilmiş bütün maddələr üzrə ayrı-ayırlıqda əsaslandırlmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi 23.04.2024-cü il tarixli 1(103)-917/2024 saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2024-cü il qərarını qüvvədə saxlamışdır.

Belə ki, hökmdə qeyd edilir ki, təqsirləndirilən şəxs Zeynalov Əvəz Tapdıq oğlunun vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə alması, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti istəməklə alması təsdiq olunmuşdur.
Əvvəlcə onu qeyd edəki ki, Cinayət Məcəlləsinin 311-ci maddəsi rüşvət alma (passiv rüşvətxorluq) əməlinə görə məsuliyyət nəərdə tutur. 311.1-ci maddənin dispozisiyasına görə rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – başa düşülür.
311.2-ci maddəyə əsasən isə vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət almanı ehtiva edir. Ə.Zeynalova irəli sürülmüş 3.11.3.2.həmin əməl təkrar törədildikdə, 311.3.3. külli miqdarda törədildikdə 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə əməllərini ehtiva edir.
Madənin dispozisiyasından da göründüyü kimi, 311-ci maddə yalnız vəzifəli şəxslərə aiddir və Əvəz Zeynalov bütün ittihamlarda vəzifəli şəxs kimi göstərilir. Ancaq onun vəzifəli şəxs olması barədə ittihamın qeydləri və gəldiyi qənaət yanlışdlr. Belə ki, onu “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib həmin Cəmiyyətin baş direktoru olmaqla vəzifəli şəxs hesab edirlər. Bu MMC-nin fəaliyyət arealı isə elə ittihamda da qeyd edildiyi kimi, “kitab, kitabça, buklet və digər nəşrlərin, o cümlədən lüğət və ensklopediyaların nəşri” ilə
məşğul olmaqdır. Diqqətinizi cəlb edim ki, “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyəti 12.01.2022-ci ildə
vergi orqanında qeydə alınıb. “02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi
“https://www.youtube.com/c/ XuralTV” internet kanalını, “https://www.xural.com/” xəbər saytını təsis edib”.
Göründüyü kimi, nə 02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https://www.youtube.com/c/ XuralTV” internet kanalınının, nə də 22.11.2010-cu ildə yaranmış “https://www.xural.com/” xəbər saytınının “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir aidiyaytı yoxdur və MMC-dən illər əvvəldən qeydiyyatdan keçib. Həmçinin “Youtube.com” saytında kanal açmaq üçün hər hansı oranda qeydiyyatın olması tələbi yoxdur. Bu platformada istənilən şəxs kanal açaraq, müxtəlif istiqamətli videolar paylaşa bilər və bu, heç bir qanunvericilik aktı ilə tənzimlənmir. Beləliklə, Əvəz Zeynalova qarşı ittihamlar “https://www.youtube.com/c/ XuralTV” internet kanalınının, nə də “https://www.xural.com/” xəbər saytında olan materialalrıla bağlıdırsa, bu platformaların heç birinin “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyatı yoxdur və ona “vəzifəli şəxs kimi” ittihamların verilməsi absurd və qanunsuzdur.
Əvəz Zeynalova AR CM 311-ci maddəsində qeyd olunan vəzifəli şəxs anlayışı ittihamda qəti şəkildə oturmuş məfhum hesab edilə bilməz. Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalı, və ya da rüşvət aldığı iddia edilən şəxslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər. Nəticə, “de jure” olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyildir, vəzifəli şəxs hesab edilə bilməz. “De-fakto” rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmamışdır, olması da mümkün deyildir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 19 iyul 2013-cü il QƏRARIna əsasən “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Ancaq ittihamda AAYDA-nın vəzifəli şəxsindən guya 8 min manat alması ilə bağlı, həmçinin guya Rasim Məmmədovun ailə üzvündən 20 min manat istəməsi barədə epizodlara nəzər salsaq görərik ki, Əvəz Zeynalov həmin quruma (AAYDA) və ya onun vəzifəli şəxsi Şahbaz Qasımova, həmçinin Rasim Məmmədova münasibətdə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmək səlahiyyətinə malik şəxs deyildir və bu halda vəzifəli şəxs hesab oluna bilməz!
Həmçinin nəzərə alsaq ki, AAYDA ittihamı üzrə Əvəz Zeynalovun guya Şahbaz Qasımovdan “rüşvət alması” epizodun 2021-ci ilin iyul ayında baş verməsi iddia edilir, digər epizod üzrı Rasim Məmmədovu və ailəsini “vəzifəli şəxs kimi”guya tənqid və təhdid etməsinin illər əvvəldən başlaması iddia edilir, burada da paradoksal vəziyyət yaranır. Əgər istintaq və məhkəmə Əvəz Zeynalovun vəzifəəli şəxs olmasını “XURAL YAYINLARI” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməsi ilə qəbul edirsə, həmin MMC təsis edilmədən baş verdiyi iddia olunan epizodlar üzrə Zeynalov necə vəzifəli şəxs hesab edilir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Qasımov Şahbaz Əli oğlundan hədə-qorxu ilə 8.000 manat məbləğində pulun istənilməklə alınması epizodu üzrə: İttihama görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən narazı qalan Nağı İsmayılov adı şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Əvəz Zeynalova müraciət edərək qeyd edilən mülki mübahisənin
ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş etmişdir. Ə.Zeynalov da onu baş redaktoru və rəhbəri olduğu “Xural TV”-nin canlı yayıma dəvət etmiş və şikayəti ilə bağlı orada danışmasını bildirmiş və verilişlər hazırlamış və məsələni ictimailəşdirmişdir. Bundan sonra guya o, 25.06.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanında yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin inzibati binasına gələrək, Şahbaz Qasımovdan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Ancaq elə iş materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadəəri, suallara verdikləri bu cavablar ittihamın əsassız olduğunu sübut edir. Belə ki,
1. Ş.Qasımov “Rüşvət alma” əməliyyatının 2 iyun 2021-ci ildə baş verdiyini iddia edir, ancaq hansı səbəbdən bu hadisədən 18 ay sonra – Əvəz Zeynalov həbs edildikdən sonra bu barədə prokurorluğa ərizə verməsinin səbəbini izah edə bilmir.

2. Ş.Qasımov məhkəmə çəkişməsində olduqları Nağı İsmayılovun işi ilə bağlı məsələnin ictimailəşdirilməsindən niyə narahat olduğunu, əgər Ə.Zeynalovun əməlində qanunsuzluq olubsa, bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməməsinin səbəbini və şəxsən özünə aid olmayan, AAYDA-nın fəaliyyətinə aid olan məhkəmə məsələsinə görə şəxsi müalicəsi ilə əlqədar yığıdığı və həmin gün “təsadüfən” üzərində olan vəsaiti niyə Əvəz Zeynalova verməsinin məntiqli səbəbini izah edə bilmir. Məhkəmə istintaqı zamaı dindirilən Qasımov qeyd edilən və digər xüsusatlarla bağlı suallara ziddiyətli və həqiqətlə uyğunluq təşkil etməyən cavablar verib.
3. İttihama görə, Əvəz Zeynalov Şahbaz Qasımova bildirib ki, 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahbaz Qasımovun və Dövlət Agentliyinin digər vəxifəli şəxslərinin xeyrinə edəcəyi hərəkətə görə yəni, Nağı İsmayılovun şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda Agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyinin, eləcə də, Şahbaz Qasımovun özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirmişdir. Ancaq Ş.Qasımov məhkəmədə ifadə verəkən sullaarq cavabında dəfələrlə təkrar etmişdir ki, Ə.Zeynalov 2 iyun 2021-ci ildən sonra da
AYYDA-nın fəaliyyəti ilə bağlı tənqidi materiallar yayımlamışdır. Ancaq Ş.Qasımov və AAYDA bu müddət ərzində heç vaxt bununla bağlı nə Ə.Zeyalovun özünə, nə də hüquq-mühafizə orqanına və məhkəməyə müraciət etməmişdir. Ancaq həmin vaxtdan Əvəz Zeynalova qarşı qərəzli mövqedə qalmışlar və bu qərəz 18 ay sonra özünü Ş.Qasımovun “ərizəsi” şəklində özünü biruzə vermişdir. İtthamın bu epizod üzrə “sübutları”
1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Qasımov Şahbaz Əli oğlunun jurnalist Zeynalov Əvəz Tapdıq oğlu tərəfindən hədə-qorxu gəlinməklə xidməti otağında ondan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitlərini almasına dair 21 noyabr 2022-ci il tarixli şikayət ərizəsi

Saytların yığılması

2. İstintaq zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Qasımov Şahbaz Əli oğlundan daxil olmuş müraciətin və sonuncunun şahid qismində verdiyi ifadəsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Zeynalov Əvəz Tapdıq oğlunun istifadəsində olmuş 0503204927 saylı mobil telefon nömrəsinə dair telefon danışıq məlumatlarını əks etdirən, “Azercell” mobil operatorundan 21 sentyabr 2022-ci il tarixli 18457 nömrəli məktubla daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Zeynalov Əvəz Tapdıq oğlunun istifadəsində olmuş 0503204927
saylı mobil telefon nömrəsinin antenası 2021-ci il ərzində yalnız 25.06.2021-ci il tarixdə saat 16:58- dən saat 18:44-dək olan müddət ərzində Bakı şəhəri Biləcəri qəsəbəsi Dəmiryol xəstəxanası 3-cü Dağlıq küçəsi adlı ünvanda yerləşən antenanın dairəsində qeydə alınmışdır. Bu epizod üzrə irəli sürülmüş ittiham üzrə başqa heç dəlil olmadan yalnız ərizə verən şəxsin ifadəsi və Əvəz Zeynlovun anten məlumatlarını “mötəbər sübut” hesab edib. Ancaq nəzərə alsaq ki, Əvəz Zeynalov tənqidçi jurnalist olaraq daim AAYDA-nın fəaliyyətini tənqid etdiyinə görə bu qurum ona qarşı qərəzli olmuşdur və bu qərəzin nəticəsi olaraq Ə.Zeynalov həbs edildikdən sonra qurumun rəsmisi Baş Prokurorluğa ərizə veərərk 18 ay əvvəl onun rüşvət aldığını iddia edib. İstintaq orqanı isə onun bu gecikmiş ərizəsini “doğrulamaq” üçün anten məlumatlarını “mötəbər sübut kimi işə əlavə ediblər və qeyd edilir ki, “Zeynalov Əvəz Tapdıq oğlunun istifadəsində olmuş 0503204927 saylı mobil telefon nömrəsinin antenası 2021-ci il ərzində yalnız 25.06.2021-ci il tarixdə saat 16:58-dən saat 18:44-dək olan müddət ərzində Bakı şəhəri Biləcəri qəsəbəsi Dəmiryol xəstəxanası 3-cü Dağlıq küçəsi adlı ünvanda yerləşən antenanın dairəsində qeydə alınmışdır. Ancaq İş materialalrında olan məlumatlardan da görünür ki, Ə.Zeynalov 2021/03/29 18:13:27, 2021/06/25 16:58:17, 2021/06/25 18:01:59, 2021/06/25 18:44:31, 2021/07/22 14:42:47, 2021/07/24 10:42:32-də həmin anten üzrə olduğu müəyyən edilir. Bu “sübut”la bağlı daha bir neçə xüsusata diqqətinizi çəkmək istəyirəm. Bakı şəhəri Biləcəri qəsəbəsi Dəmiryol xəstəxanası 3-cü Dağlıq küçəsi adlı ünvanda yerləşən sözügedən antenadan söhbət gedir və həmin anten Əvəz Zeynalovun evinə getmək üçün demək olar ki, hər gün istifadə etdiyi yoluda yerləşir. Həmçinin nəzərə alsaq ki, bir antena təkcə bir yeri deyil, bir neçə kolometr radiusu əhatələyən əraziyə aiddir, o zaman həm adıçəkilən xəstəxanada olarkən, həm o küçədə yerləşən “Bulaq” restoranında olarkən, həmçinin biləcəri dairəsində olarkən eyni anten ərazisində göstərəcək. Iş materialalrında olan cədvəldən də göründüyü kimi, Əvəz Zeynalov təkcə 25 iyun 2021-ci ildə deyil, həmçinin 29 mart 2021-ci ildə, 22 iyul 2021-ci ildə, 24 iyul 2021-ci ildə də həmin ərazidəki antendə qeydə alınıb. Qeyd etdiyimiz kimi, bu ərazi Ə.Zeynalovun hər gün istifadə etdiyi yol olduğu üçün bu siyahı daha çox ola bilərdi. Sadəcə məsələnin texniki tərəfi var ki, anten məlumatları yalnız şəxs həmin telefondan zəng və ya SMS üçün istifadə etdiyi zaman anten tərəfindən qeydə alınır. Beləliklə, Əvəz Zeynallının anten məlumatının həmin ərazidə olması onun AYYADA-da olması, yaxud Şahbaz Qaımovla görüşməsi, ondan rüşvət almasını sübut etən mötəbər dəlil hesab edilə bilməz. Halbuki belə bir hadisə baş versəydi, cidid bir qurum olan AAYDA-nın giriş postinda Ə.Zeynalovun inzibati əraziyə daxil olmasını təsdiq edənmüvafiq qeydlər olmalı idi. Həmçinin “cinayət tərkibli əməl” kameralarla tam
təchiz edilmiş AAYDA-nın arxivində saxlanmalı idi. Yaxud Ə.Zeynalovun AAYDA-da olduğunu təsdiq edən hər hansı şahid olmalı idi. Bütün bunların olmadığı halda, yalnız qərəzli olması mübahisə doğurmayan bir şəxsin Əvəz Zeynalov həbs edildikən sonra “məndən rüşvət alıb” iddiası ilə ərizəsi və anten məlumatları əsasında ittiham vermək tamamilə hüquqaziddir. Bu cür “ittihamı” istənilən şəxsə – hətta hakimə, prokurora da yönəltmək olar: hansı ki, bir ərizə yazılır və həmin ərizədəki tarix və saat aralığında hakim və prokurorun ərizədə göstərilən ərazidə olmasını təsidq edən anten məlumatları kifayət edir. Beləkilə, Əvəz Zeynalovun 25 iyun 2021-ci il tarixindı AYYDA-da olmasını, onu Şahbaz Qasımovun otağında olmasını, ondan pul istəməsini və ya almasını sübut edən heç bir sübut yoxdur.

Məmmədova Mehriban İslam qızından hədə-qorxu ilə 20.000 manat məbləğində “rüşvət alınması”
epizodu 08 sentyabr 2022-ci il tarixdə “haqqin.az” veb-saytında jurnalist Əvəz Zeynalovun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20.000 manat məbləğində pul vəsaitini tələb edərək alması barədə məlumat yayılması ilə bağlı cinayət işi başlanılsa da, hadisələrin xronoloji ardıcıllığına baxdıqda bu ittihamın Əvəz Zeynalova münasibətdə tamamilə əsassız olduğu məlum olur.
Belə ki, Əvəz Zeynalının səsi ilə müşayiət edilən sözügedən video yayıldıqdan dərhal sonra Rasim Məmmədovun vəkili Elçin Sadıqov Gununsesi.info-ya açıqlama verərək bu haqda deyib: – “Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.
“Əvəz Zeynalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək. (bu məlumatlar iş materiallarında yer alıb – R.Ə) Və Əvəz Zeynallı da bir gün sonra “Xural TV”də çıxış edərək, hər hansı pul istənilmədiyini və alınmadığını deyib, “İadə” ifadəsinin sənədlərə aid olduöunu vurğulayıb. Həmçinin Elçin Sadıqov sosial şəbəkədə və mediada açıqlama verərək baş verənlərin onun vəkil fəaliyyətinə, Əvəz Zeynalının isə jurnalist fəaliyyətinə görə “qara piar” olduğunu vurğulayıb. Həmçinin E.Sadıqov saxlanıldıqdan dərhal sonra da  lkin izahatında hadisənin vəkil fəaliyyətinə qarşı təzyiq vasitəsi olduğunu deyərək, ifadə verməkdən imtina edib.
Ancaq bir neçə gün həbsdə qaldıqdan sonra Elçin Sadıqov 180 dərəcə fərqli ifadə verərək barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək azadlığa çıxmağa nail olub. Həmçinin istintaqın sonrakı dövründə bir-brinə zidd 4 fərqli ifadə verərək, guya Rasim Məmmədovun ailəsindən 20 min manat alaraq Əvəz Zeynallıya verdyini, daha sonra isə öz vəsaiti hesabına qaytarması barədə ifadə verməklə barəsində cinayət işinin ayrılmasına və naməlum statuslu başqa bir cinayət işindən asılı vəziyyətdə qalıb. Bu cinayət işi üzrə Elçin Sadıqovun adı şahid siyahısında qeyd edilsə də, o, məhkəmədə şahid ifadəsi verməkdən imtina etdiyini, bunu eyni cinayət işində təqsirləndirilən şəxs qismində olması, cinayət işi ayrı icraata keçirilsə də, hələ də statusunun təqsirləndirilən şəxs olduğunu və verəcəyi ifadənin onun əleyhinə çevrilə biləcəyi ilə izah edib. Qeyd etməiyik ki, bu ittihamın da tamamilə əsassız olduğu həm iş materialları, həm də məhkəmə istintaqı ilə təqsiqini tapır.
1. İş materiallarında “Xural.com” satında Rasim Məmmədov barəsində yer alan məqalələr daxil edilib və bununla da guya Əvəz Zeynalovun onun ailəsindən vəsait alması üçün zəmin olduğu qənaəti yaradılmağa çalışılır. Ancaq həmin məlumatlara diqqət etdikdə görünür ki, butun yazılar informasiya xarakterlidir, Rasim Məmmədovun barəsində olan cinayət işi ilə əlaqədar məhkəmə proseslərindən KİV orqanlarında yayılan məlumatlardır ki, digər media orqanlarına istinadla verilib. Həmçinin məqalələrdə təhdid, təhqir, işgüzar nüfuza xələl gətirmə halalrı yoxdur. Rasim Məmmədovun ailəsinin iddia etdiyi kimi, Əvəz Zeynallı öz çıxışlarında onları təhqir, təhdid etsəydi, yaxud işgüzar nüfuza xələl gətirən məlumatlar səsləndirsəydi, bununla bağlı məhkəməyə müraciət edilərdi, ancaq
belə bir müraciət olmayıb.

2. Müraciət yayılan gün vəkilə belə bir halın olmadığını deyən M.Məmmədovanın bir gün sonra tamamilə fərqli yöndə ərizəsi yazması, bir-biri ilə kəskin ziddiyyət təşkil edn iki ayrı-ayrı izahat verməsi, (əskinasların nominalı, sayı, kimin tərəfindən, harada vəkilə verilməsi və s.) bu səbəbdən iki ayrı məzmunli cəlb qərarının olması da ittihamın saxta olmasının bariz nümunəsidir. Bu epizod üzrə ifadə verən şəxslərin heç biri Əvəz Zeynallıya münasibətdə şahidlik edə bilmir, Əvəz Zeynalovun hər hansı vəsaiti istəməsi və ya almasının şahidi olmadıqlarını, bu barədə digər şəxslərdən eşitdiklərini bildiriblər. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadə vermiş Fətullayev Eynulla Emin oğlu ifadələrində göstərmişdir ki, Əvəz Zeynalovun Rasim Məmmədovun ailəsindən pul istəməsini vəkil Elçin Sadıqovdan eşidib, daha sonra Mehriban Məmmədova da ona bildirib ki, Elçin Sadıqovun təşəbbüsü ilə Əvəz Zeynallıya pul verilib. Məhkəmədə dindirilən zaman müdafiə tərəfinin sualına cavab olaraq E.Fətullayev bildirib ki, Əvəz Zeynalovun pul istəməsi və ya almasının şahidi olmayıb, bu barədə Elçin Sadıqovun dediklərinə inanıb. İstintaq zamanı şahid qismində dindirilmiş Məmmədova (Nəcəfova) Mehriban İslam qızı da bildirib ki, yazıların və çıxışların dayandırılması müqabilində Əvəz Zeynalova pul verilməsi təşəbbüsü Elçin Sadıqovdan gəlib və Əvəz Zeynalov ondan pul istəməyib, pul almayıb. Əvəz Zeynalova pul verildiyi barədə isə yaınız Elçin Sadıqovun dediklərinə əsasən ifadə verib. Mehriban Məmmədova məhkəmə istintaqı zamanı məhkəmənini çoxsaylı çağırılarına məhəl qoymamış, müdafiə tərəfinin dəflərlə israrlı vəsatətlərinə baxmayaraq məhkəmə onun dindirilməsini təmin etməmiş, istintaq sənədlərini elan etməklə kifayətlənmişdir. Halbuki onun istintaqa söylədiklərində kifayət qədər ziddiyyətlər mövcud idi. Həmçinin istintaqa cəlb edilməzdən əvvəl vəkil vadisətisə verdiyi açıqlamalrda tamamilə fərqli fikirlər səsləndirlimişdir. Ancaq məhkəmə bu xüsusatları araşdırmaqda maraqlı olmamışdır. Həmçinin şahid qismində dindirilmiş Məmmədov Rasim Hikmət oğlu, Həsənli Sadıq Aydın oğlu, Baxşəliyev Elnur Bayram oğlu, Hümbətov Səxavət Adil oğlu ifadələrində Əvəz Zeynallının Rasim Məmmədovun ailəsindən pul istəməsinin və almasının şahidi olmadıqları halda, bu barədə ÜÇÜNCÜ ŞƏXSLƏRDƏN eşitdiklərinə əsasən ifadə veriblər.
CİNAYƏT PROSESSUAL MICILLƏSİNİN 126.3-CÜ MADDƏSİNƏ ƏSASƏN, ŞÜBHƏLİ, TƏQSİRLƏNDİRİLƏN, ZƏRƏR ÇƏKMİŞ ŞƏXSİN VƏ YA ŞAHİDLƏRİN CİNAYƏT PROSESİNİ HƏYATA KEÇİRƏN ORQANA ÖZGƏNİN SÖZLƏRİNDƏN VERDİKLƏRİ MƏLUMATLAR SÜBUT KİMİ İSTİFADƏ EDİLƏ BİLMƏZ. YALNIZ VƏFAT ETMİŞ ŞƏXSİN SÖZLƏRİNDƏN ALINMIŞ MƏLUMATLAR MƏHKƏMƏNİN QƏRARI İLƏ İSTİSNA OLARAQ SÜBUT KİMİ QƏBUL OLUNA BİLƏR. CPM-nin 4.3-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır.
CPM-nin 125.2.1-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda sübut kimi qəbul edilməsinə yol verilmir. 125.7-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir.
126.5-ci maddəyə əsasən, şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz. 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən
qiymət verilməlidir. Qeyd edilənlərə əsasən, Məmmədova (Nəcəfova) Mehriban İslam qızı, Fətullayev Eynulla Emin oğlu, Məmmədov Rasim Hikmət oğlu, Həsənli Sadıq Aydın oğlu, Baxşəliyev Elnur Bayram oğlu və Hümbətov Səxavət Adil oğlunun ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Həmçinin qeyd etdiyimiz kimi, Zeynalov Əvəz Tapdıq oğlu barəsində cinayət işi üzrə ittiham aktına əlavə edilmiş “məhkəmədə dindiriləcək şəxslərin siyahısı”nda Sadıqov Elçin Əli oğlunun adı şahid kimi qeyd edilsə də, cinayət işi materiallarında Sadıqov Elçin Əli oğlu şahid qismində dindirilməmiş, yalnız təqsirləndirilən şəxs qismində ifadə vermişdir. İttiham aktına da Elçin Sadlqovun məhz təqsirləndirilən şəxs qismində ifadəsi əlavə edilmişdir. Cinayət Pprosessual Məcəlləsinin 91.5.10-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin ifadə (izahat) vermək, ÖZÜNƏ və yaxın qohumlarına QARŞI İFADƏ (İZAHAT) VERMƏMƏK və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ təsbit edilmişdir. Həmin Məcəllənin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.
Elçin Sadıqovun barəsində olan cinayət işi hazırda da ayrı icraatda davam edir və o, hələ də təqsirləndirilən şəxs statusundadır. Bu səbəbdən də onun CPM-nin yuxarıda qeyd etdiyimiz müddəalarında nəzərdə tutulmuş özünə qarşı ifadə verməmək hüququ və verdiyi ifadələrin onun əleyhinə hər hansı məsuliyyətə səbəb olmaması onun üçün keçərlidir. Nəzərə alsaq ki, Əvəz Zeynalova qarşı verilmiş ittihamda Rasim Məmmədovun ailəsindən pul alınması ilə bağlı epizod Elçin Sadıqovla birbaşa bağlıdır. Həmin pulun Elçin Sadıqov tərəfindən alınması həm Elçin Sadıqovun özünün etirafı, həm də digər şahid ifadələri ilə təsdiqini tapıb və mübahisələndirilməyən haldır.
Həmçinin bununla bağlı təşəbbüsün də ailəyə məhz Elçin Sadlqov tərəfindən gəldiyi də şahid ifadələrində dəfələrlə təsdiqlənib. Ancaq həmin vəsaitin Elçin Sadıqov tərəfindən Əvəz Zeynalova verilməsini isə yalnız Elçin Sadıqov deyir, Əvəz Zeynalov belə bir halın olmadığını bildirir və iş materiallarında ona pul verilməsini təsdiq edən hər hansı sübut yoxdur. İş üzrə ifadə verən digər şahidlər ifadələrində həmin xüsusatı yalnız Elçin Sadıqovdan eşitdiklərini deyirlər. Nəzərə alsaq ki, Elçin Sadıqov hələ həbs edilməzdən əvvəl dəfələrlə mətbuata verdiyi açıqlamalarda, həmçinin həbsindən sonra ilkin ifadəsində hər hansı pul almadığını, Əvəz Zeynalova hər hansı vəsait vermədiyini, bu ittihamların onun vəkil fəaliyyətinə, Əvəz Zeynallının isə jurnalist fəaliyyətinə görə
təzyiqdən ibarət olduğunu qeyd etmişdir. Ancaq sonradan hansısa naməlum səbəbdən Elçin Sadıqov Rasim Məmmədovun ailəsindən vəsait aldığını və guya Əvəz Zeynallıya verdiyi barədə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS qismində ifadə verib. Beləliklə, o, qanunvericilikdə özünün əleyhinə ifadə verməmək hüququndan istifadə edib və bununla da cinayət işi üzrə rüşvət alma ittihamı üzrə iştirakçı kimi cəlb edildiyi halda yenə də hansısa naməlum səbbəbdən ayrı icraatda olan müəmmalı cinayət işi üzrə təqsirləndirilən şəxs hesab edilib. Beləliklə, Elçin Sadıqovun CPM-də nəzərdə tutulan özünün əleyhinə ifadə verməmək hüququndan istifadə etməklə ifadəsi digər şəxsi ittiham altına qoyur.
Nəzərə alsaq ki, Elçin Sadıqov məhkəmədə şahid qismində ifadə verməkdən imtina etdikdən sonra onun istintaqa təqsirləndirilən şəxs qismində ifadəsi elan edilib, onun ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, CPM-nin 4.3-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın əsasını təşkil edə bilməz. CPM-nin 125.2.1-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının,
yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda sübut kimi qəbul edilməsinə yol verilmir. 125.7-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. 126.5-ci maddəyə əsasən, şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz. 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilənlərə əsasən, Elçin Sadlqovun ifadəsi sübutlar siyahısından çıxarılmalı idi və bu barədə müdafiə tərəfinin də vəsatəti olmuşdu. Nəzərə alsaq ki, məhkəmə istintaqında şahid qismində dindirilməsi nəzərdə tutulmuş Sadıqov Elçin Əli oğlu məhkəmədə dindirilməsinin onun müdafiə hüququnun pozulmasına yol açacağını bildirərək, bu əsasla məhkəmədə ifadə verməmişdir və onun qeyd etdiyi hallar müdafiə hüququ ilə sıx bağlı olduğundan
məhkəmə onun dindirilməməsini məqbul saymışdır. Bu səbəbdən də Sadıqov Elçin Əli oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmiş və yuxarıda qeyd etdiyimiz halalr, qanunvericiliyin tələbləri nəzərə alınmamışdır.
Həmçinin Əvəz Zeynalıının M.Məmmədovadan hər hansı vəsaiti istəməsi, alması və s. xüsusatları təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Guya “sübut” kimi iş materialalrına əlavə edilmiş sənədlər – anten məlumatları, kameralardan avtomobillərin görüntüsü, Əvəz Zeynalovla Elçin Sadıqovun hardasa görüşməsini təsdiq edən dolayı “sübutlar” isə yuxarıda qeyd etdiyimiz xüsusatların heç birini təsdiq etmir. 312-1-ci maddə
Nəzakət Cəfərova epizodu İttihama görə, guya Zeynalov Əvəz Tapdıq oğlu Rəhimov Teymur Sabir oğlu və Şükürov Elnur Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi neməti olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitlərini Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin təyinatının dəyişdirilərək qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı 17.03.2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərinin alınması üçün Cəfərova Nəzakət Səməd qızından istəyib almaqla nüfuz alveri cinayət
əməlini törətmişdir. Ancaq iş materiallarından və məhkəmə istintaqı zamanı dindirilən şahidlərin ifadələrindən də məlum olduğu kimi, Əvəz Zeynalovun bu məsələyə heç bir aidiyyatı yoxdur. Əvəz Zeynalov bu epizod üzrə adıçıkilən şəxslərdən Elnur Şükürovdan başqa hüç kimi tanımır, həmçinin şahidlərin də hər biri
ifadələrində təsdiqləyiblər ki, onlar Əvəz Zeynalovu tanımırlar, onunla heç vaxt görüşməyiblər, hər hansı bir məsələnin həll edilməsi üçün ona hər hansı vəsait verməyiblər. Cinayət Məcəlləsinin 312-1-ci maddəsi vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) əməli ilə bağlıdır və bu maddənin dispozisiyasına görə, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayət tərkibi yaradır. Əvəz Zeynalova münasibətdə isə bu tərkiblərin heç biri yaranmır:
1. Əvəz Zeynalov jurnalistdir, hər hansı vətəndaşın müraciəti əsasında dövlət qurumuna müraciət etməsi qanunsuzluq deyil, əksinə, qanunun tələbidir. Belə ki, əgər vətəndaş dövlət qurumunun, yaxud vəzifəli şəxsin onun hüququnu pozması (məsələn, qanuni olduğu halda, yaşayıç sahəsinin qeyri-yaşayış sahəsinə dəyişdirilməsindən imtina edilməsi) barədə KİV-ə müraciət edirsə, həmim mürciət əsasında material hazırlanırsa, KİV orqanının borcudur ki, həmin quruma, yaxud vəzifəli şəxsə müraciət edərək, onun bu məsələyə mövqeyini öyrənsin, vətəndaşın probleminin həlli üçün müvafiq addmlar atılmasını istəsin.

2. Əvəz Zeynalov Nəzakət Cəfərovanın məsələsində hər hansı vəzifəli şəxsdən qanunsuz qərarlar qəbul etmək barədə mürciəti olmamışdır. Bu məsələ ilə bağlı araşdırma aparmış və qərar qəbul etmiş şəxslər, Sumqayıt şəhər İcra hakimiyyətinin Tikinti şöbəsinin rəisi, baş memar Adil Xudatov və digərləri məhkəmədə bildiriblər ki, Nəzakət Cəfərovanın mürqciəti əsasında məsələ araşdırılıb və məhz tələbi QANUNİ OLDUĞU ÜÇÜN müsbət həll edilib. Beləliklə, Əvəz Zeynalovun bu məsələnin həllində hər hansı vəzifəli şəxsə qanunsuz təsirinin olmaması təsdiqini tapır.

Salman Nəsrullayev epizodu

İttihama görə, guya Zeynalov Əvəz Tapdıq oğlu Şükürov Elnur Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Nəsrullayev Salman Əhməd oğlundan almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir. Ancaq iş materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri birmənalı şəkildə təsdiq edir ki, bu epizodun da ümumiyyətlə Əvəz Zeynallıya aidiyyatı yoxdur:

1.Belə ki, Əvəz Zeynallı nə işdə adımıkilən şəxsləri tanımır, nə adımıkilən şəxslər onu tanımır.

2. Əvəz Zeynalov hər hansı formada icra başçısı Əziz Əzizovla əlaqə saxlamayıb və başçının dediyinə görə, Elnur Şükürov ona Əvəz Zeynallıının qohumu olduğunu deyib. Ancaq icra başçısı Elnurun doğru dediyini dəqiqləşdirmək üçün heç bir cəhd göstərməyib, Əvəz Zeynallı ilə ən azə telefon əlaqəsi saxlayaraq belə bir xahişinin olub-olmamasını soruşmaq imkanı olduğu halda, bunu etməyib.

3.İcra başçısı Əziz Əzizov ifadsində qeyd edib ki, həmin məsələ onun səlahiyyətində olmayıb, buna görə də Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Mais Məmmədova zəng edib, Elnur Şükürovun onun yanına gələcəyini, təqdim edəcəyi sənədlərə baxmasını və əgər qanunazidd olmadığı təqdirdə ona kömək etməsini xahiş edib. Həmin günun sonunda Mais Məmmədov onunla əlaqə saxlayıb və ələbin qanunazidd olmadığı üçün ona müvafiq razılıq məktubu verildiyini deyib. Qeyd edilənlər bir daha hər hansı nüfuz alveri – vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə olmadığını bir daha təsdiq edir. 178.2.1, 178.2.3, 178.2.4, və 32.4, 312.2 İttihama görə, guya Zeynalov Əvəz Tapdıq oğlu Şükürov Elnur Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Vəliyev Ruslan Telman oğlunun xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə Şükürov Elnur Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitini rüşvət qismində verməyə Ruslan Vəliyevi təhrik etmişdir. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. 32.4.312-ci maddə isə rüşvət verəməyə təhriketmə əməlidir. Ancaq işin faktiki halları və məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri də təsdiq edir ki, bu epizod üzrə heç bir cinayət tərkibli əmələ yol verilməmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Əvəz Zeynalov jurnalist olaraq icra başçısına müraciət edərək, vətəndaşa tikinti aparmaq süni şəkildə, qanunsuz maneə yaradılması barədə məlumat vermiş və bundan sonra məsələ araşdırılmış və müvafiq qurumlar Ruslan Vəliyevin müraciətinin qanuni olduğu qənaətinə gələrək, onun problemini həll ediblər. Xüsusi qeyd etməyə zərirət vardır ki, bu epizod üzrə zərərçəkmiş şəxs qismində tanınmış Ruslan Vəliyev ümumiyyətlə Əvəz Zeynalovu tanımır, onunla heç vaxt görüşməyib. Həmçinin şəxs özünü zərərçəkmiş hesab etmir. Əgər zərəçəkmiş kimi tanınmış şəxs zərər çəkmədiyini, ona verilən vədə əməl edildiyini bildirirsə, əksinə işi həll edildiyinə görə razılıq edirsə, burada hər hansı dələduzluq elementi, həmçinin rüşvətə həhriketmə əməlinin tərkibi yoxdur. Əvəz Zeynalova məxsus pul vəsaitlərinin dövlət nəfinə əvəzsiz şəkildə xüsusi müsadirə edilməsinin qanunsuz olması İş materiallarından (cild 4, iş vərəqə 217) və hökmdən də məlum olduğu kimi, 16.09.2022-ci il tarixli pul vəsaitlərinin saxlanılması üçün depozitə qoyulması haqqında qərar mövcuddur və qərara əsasən, “Xural TV”-nin rəhbəri Zeynalov Əvəz Tapdıq oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Batabat küçəsi, ev 5 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş 16.150 manat, 3.350 Avro və 140 türk lirəsi ayrıayrılıqda qablaşdırılmaqla saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə təhvil verilmişdir.
Hökmdə həmin vəsaitlərin dövlət nəfinə əvəzsiz şəkildə xüsusi müsadirə edilməsi müəyyən edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edib ki, Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə
təhvil verilmiş (Zeynalov Əvəz Tapdıq oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Batabat küçəsi, ev 5 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş) 16.150 manat, 3.350 avro və 140 türk lirəsi dövlət nəfinə əvəzsiz şəkildə xüsusi müsadirə edilməlidir. Əvəz Zeynalov həmin vəsaitlərin mənbəyi barədə dəfələrlə məhkəmədə izah vermiş, həmçinin vəsatlərin qaytarılması barədə hələ məhkəmə istintaq dövründə vəsatətlərlə çıxış etmişdir. O, qeyd edilən 16.150 manat vəsaitin müəllifi olduğu “Selcanın məmləkəti” adlı kitabının satışından əldə edildiyini, 3350 avro vəsaitin Avropa Məhkəməsini qərarına əsasən ona kompensasiya kimi ödənildiyini, 140 türk lirəsinin isə Türkiyədən səfərdən qayıdarkən qaldlğını vurğululamışdır. Bunu təsdiq edən xüsuast isə ondan
ibarətdir ki, pul vəsaitlərinin olduğu zərflərdə də müvafiq olaraq ““Selcanın məmləkəti” kitabının satışı” yazılıb.
Beləliklə, həmin vəsaitlərin mənbəyi bəlli olduğu halda və pul vəsaitlərinin “cinayət yolu ilə əldə edilmiş vəsait” olmasının hər hansı bir sübutu, hətta hansısa formada istinadı berlə olmadan xüsusi müsadirə ediləməsi məhkəmənin qərəzinin və qanunsuz hökmünün göstəricisidir. Bundan başqa, Əvəz Zeynalovun iş yerində və evində keçirilən baxış və götürmə istintaq hərəkətləri zamanı bank kartı, notebook, hard disk, diktofon, sənədlər və s. əşyalar da götürülməsinə baxmayaraq, məhkəmə həmin əşyalarla bağlı hökmdə hüquqi qiymət verməmiş, götürülən əşyaların taleyini aydınlaşdırmamışdır. Halbuki, həmin əşyaların da saxlanmasının qanunsuz olması və qaytarılmasının zəruriliyi barədə məhkəmə istintaqı zamanı müdafiə tərəfin məhkəməyə vəsaətətlər vermiş, məhkəmə isə yükun hökmdə bu məsələyə hüquqi qiymət veriləcəyini bildirmişdi.
HÜQUQİ ƏSASLANDIRMA Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Azərbaycan Respublikasının CM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə qanunçuluq, qanun qarşısında bərəbarlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7-ci maddəsində qeyd olunmuşdur ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində göstərilmişdir: 21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə
cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyənşübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsi cinayət təqibini istisna edən halları müəyyən edir. Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsi bəraətin əsaslarını müyyən edir və məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki,həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət  ühakiməsini
mənəvi məqsədvə məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik
dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraətverilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyimüəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması
yolverilməzdir Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd
etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki,onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan R espublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət vədigər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin etməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyatakeçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi vətərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq vəzifəsini hakim yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasənməhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilənəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009- cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki məhkumun mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur…Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu iləyekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır…Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasındatədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai
təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir…. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr
2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur:
“Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmüehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cümaddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinəaidiyyətininsübutayetirilibyetirilməməsi,cinayətintörədilməsindətəqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti
məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmışməhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” CPM-nin 28.4-cü maddəsinə əsasən, cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin edilməli (28.4.1), şübhəli və təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır (28.4.2).
CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını və yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutların təhlil olunmasını və bir-biri ilə
müqaisə edilərək, yeni sübutlar toplandığını, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyinin müəyyənləşdirilməsini tələb edir.
CPM-nin 145.1-ci maddəsi maddəsinə əsasən, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməli olmasını və İttihamın sübut olunmasında yaranan şübhələrin digər sübutlarla aradan qaldırması mümkün olmadıqda, onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edir.
Qanunvericiliyin bu tələbləri Əvəz Zeynalova münasibətdə iştintaq orqanı, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən kobud şəkildə pozulub. Nəticədə, müfadiə etdiym şəxsə münasibətdə Azərbaycan qanunvericiliyi və Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququna təminat verən 6-cı maddəsi pozulub. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” 6-cı maddəsinin tələbinə görə hər kəs,
onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında
göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə
təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur.
Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
Hesab edirik ki, müdafiə etdiyim şəxsə qarşı qarşı cinayət işlərinə baxan məhkəmələr, o cümlədən, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi bu çox mühüm olan faktorları da nəzərə almayıblar. Halbuki həm ölkə qanunvericiliyi, həm də Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması standartları məhkəmələrdən onları nəzərə almaqla qərarlar verməsini ədalətli sayır.
Ümid edirik ki, Ali Məhkəmə bu yanlışlıqları aradan qaldıracaq və Zeynalov Əvəz Tapdıq oğluna azadlıq bəxş etməklə, ailəsinin, özünün və himayəsində olan digər doğmalarının daha çox mərhumiyyətlər yaşamasına imkan verməyəcək. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, həmçinin Konvensiyanın tələblərinin rəhbər tutaraq, həmçinin Ali Məhkəmənin Cinayət Kollegiyası üzvlərinin
ədalətinə güvənərək hörmətli məhkəmə kollegiyasından,
X A H İ Ş E D İ R Ə M:
Bakı Apellyasiya Məhkəməsinin 23.04.2024-cü il tarixli 1(103)-917/2024 saylı qərarının ləğv edilməsi, Zeynalov Əvəz Tapdıq oğluna bəraət verilməsi və işə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarasınız.
Qoşma: Order
Təqsirləndirilən şəxs Zeynalov Əvəz Tapdıq oğlunun müdafiəçisi
Əliyev Rəşad Vaqif oğlu

Nachrichten aus Aserbaidschan

Ähnliche Artikel

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Schaltfläche "Zurück zum Anfang"