"Qara Qartal"ın 1 nömrə sindromu
Beşiktaş futbol komandasının daxilindəki problemlər bir nömrə mövqeyindən başlayır. Komandanın təcrübəli qapıçısı Mert Günok son zamanlar göstərdiyi zəif oyunla tənqidlərin hədəfindədir. Onun statistik göstəriciləri vəziyyətin ciddiliyini açıq şəkildə nümayiş etdirir.
Statistikalar alarm zəngi çalır
36 yaşlı qolkiper gözlənilən 7.64 qola qarşı 11 dəfə topu öz qapısından çıxarıb. Mert Günokun qolları önləmə nisbəti mənfi 3.86 təşkil edir. Qapıya doğru gələn 21 zərbədən yalnız 13-nü dəf edə bilib. Bu göstərici isə 54 faiz deməkdir ki, bu da qapıçı üçün qənaətbəxş hesab edilmir.
Kapitanlıqdan Milli komandaya vida
Performansının aşağı düşməsi nəticəsində əvvəlcə komandadakı kapitanlıq vəzifəsini itirən Mert Günok, daha sonra Türkiyə milli komandasındakı yerini də Uğurcana təhvil verməli oldu. Bir zamanlar Türkiyə milli komandasının Avropa çempionatında tarix yazdığı dövrdə qurtarışları ilə dillərə düşən və "Ahtapot musun Mert!" deyimləri ilə anılan təcrübəli qapıçı, hazırda Beşiktaşda arzuolunmaz fiqura çevrilib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz